Motorun səsinə görə sürücünü döyüb öldürdü

06.10.2026

Lent az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Rusiyanın Moskva vilayətinin Elektrostal şəhərində kişi mühərrikdən gələn yüksək səsə görə avtomobil sahibini öldürüb.

Lent.az yerli mediaya istinadla bildirir ki, sərxoş kişi həyətdə avtomobilin mühərrikinin yüksək səslə işlədiyini eşidib. Bundan sonra o, ling (dəmir parçası) taparaq həyətə düşüb və avtomobilin kapotuna bir neçə dəfə zərbə endirib.

Daha sonra kişi avtomobil sahibinə hücum edib və onu döyərək öldürüb.

Məhkəmə təqsirləndirilən şəxsi ciddi rejimli cəzaçəkmə müəssisəsində 6 il 1 ay müddətinə azadlıqdan məhrum edib. Bundan əlavə, ondan mənəvi zərərə görə 2 milyon rubl təzminat tutulmasına qərar verilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью