Motosiklet Opellə toqquşdu Ölənlər var

28.11.2024

Unikal.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Noyabrın 27-də saat 22 radələrində Şəki şəhərində “Opel” markalı avtomobillə  motosiklet toqquşub.

"Unikal"ın məlumatına görə, nəticədə motosikletin sürücüsü, 1982-ci il təvəllüdlü Natiq Abdullayev  və sərnişini, 1978-ci il təvəllüdlü Mehman Camalov aldıqları xəsarətlərdən hadisə yerində ölüblər.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью