Motosiklet qəzasında 2 nəfər həyatını itirdi

10.01.2025

Sonxeber.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Motosiklet qəzasında 2 nəfər həyatını itirdi

Mardinin Nusaybin rayonunda aşan motosikletdə olan Cihan Çelik və Məhəmməd Akman həyatını itirib.

Sonxeber.az xarici mediaya istinadən xəbər verir ki, qəza saat 04:00 radələrində Nusaybin rayonu Kışla məhəlləsində Cümhuriyyət küçəsində baş verib.

Qəzada motosikletdə olan Məhəmməd Akman və Cihan Çelik yola yıxılıb.

Xəbərdarlıq üzərinə qəza yerinə sağlamlıq və polis qrupları sövq edildi. Həkimlər qrupunun müayinəsindən sonra Akman və Çelikin həyatını itirdiyi müəyyən edilib.

İki mərhumun meyiti tibbi ekspertiza üçün Nusaybin Dövlət Xəstəxanasının meyitxanasına aparılıb.

Motosiklet evakuatorla yoldan çıxarılıb və qəza ilə bağlı araşdırma başlanıb.


Sonxeber.az
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью