Motosiklet su kanalına düşdü, sürücü öldü

11.12.2024

Icma.az, Qafqazinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

38 yaşlı Neftçala sakini bədbəxt hadisə nəticəsində ölüb.

“Qafqazinfo” xəbər verir ki, 1986-cı il təvəllüdlü Hadıyev Rəşad Mahir oğlu dekabrın 9-u Neftçalanın Bankə qəsəbəsi ərazisində idarə etdiyi “Ural” markalı yedəkli motosiklet ilə hərəkətdə olan zaman idarəetməni itirərək yolun kənarındakı su kanalına düşüb.

Açıq kəllə - beyin travması, beyin əsasının əzilməsi xəsarətləri alan şəxs xəstəxanaya yerləşdirilib. Ona ilkin tibbi yardım göstərilməsinə baxmayaraq, ötən gün saat 05:00-da aldığı bədən xəsarətləri nəticəsində ölüb.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью