Motosiklet su kanalına düşdü: Sürücü öldü

11.12.2024

Icma.az xəbər verir, Cebheinfo saytına əsaslanaraq.

38 yaşlı Neftçala sakini bədbəxt hadisə nəticəsində ölüb.

"Cebheinfo.az" “Qafqazinfo”-ya istinadən xəbər verir ki, 1986-cı il təvəllüdlü Hadıyev Rəşad Mahir oğlu dekabrın 9-u Neftçalanın Bankə qəsəbəsi ərazisində idarə etdiyi “Ural” markalı yedəkli motosiklet ilə hərəkətdə olan zaman idarəetməni itirərək yolun kənarındakı su kanalına düşüb.

Açıq kəllə - beyin travması, beyin əsasının əzilməsi xəsarətləri alan şəxs xəstəxanaya yerləşdirilib. Ona ilkin tibbi yardım göstərilməsinə baxmayaraq, ötən gün saat 05:00-da aldığı bədən xəsarətləri nəticəsində ölüb.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.

"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью