Motosiklet təcili tibbi yardım avtomobilinə çırpıldı

13.01.2026

Bakupost saytından alınan məlumata görə, Icma.az bildirir.


Cəlilabad rayonunda yol qəzası baş verib.

Bakupost.az xəbər verir ki, hadisə rayonun Göytəpə şəhəri ərazisində qeydə alınıb.

Belə ki, qəza zamanı motosiklet təcili tibbi yardım avtomobilinə çırpılıb. Hadisə nəticəsində 2 nəfər - Şamil Abdalov və Şəmistan Musayev xəsarət alıb. Yaralılar rayon xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью