Motosiklet və moped oğurlayan 5 nəfər saxlanıldı

02.09.2026

Icma.az bildirir, Azxeber.com portalına istinadən.

Paytaxtın müxtəlif ərazilərində motosiklet və mopedlərin oğurlanması barədə polisə məlumatlar daxil olub.

AZXEBER.COM xəbər verir ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə Binəqədi rayonunda müxtəlif markalı 2 motosiklet, Nəsimi rayonunda isə moped oğurlamaqda şübhəli bilinən S.Rüstəmov, T.Məmmədzadə, İ.Abışzadə, A.İsmayılov və F.Sultanzadə müəyyən olunaraq saxlanılıblar.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью