Icma.az, Bakivaxti saytına istinadən bildirir.
2025-ci ilin 12 ayı ərzində respublika yollarında motosiklet və moped sürücülərinin təqsiri ucbatından ölüm və xəsarətlə nəticələnən 43 yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Bu barədə Bakıvaxtı.az-a Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.
Bildirilib ki, həmin hadisələr nəticəsində 12 nəfər həyatını itirib, 36 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq yaralanıb. Statistik göstəricilər bu kateqoriyaya aid nəqliyyat vasitələrinin iştirakı ilə baş verən qəzaların əksər hallarda ağır nəticələrlə müşayiət olunduğunu açıq şəkildə göstərir.