Avtosfer saytına istinadən Icma.az xəbər verir.
Paytaxtın Şah İsmayıl Xətai prospektində qayda pozan sürücü kameraya düşüb.
Avtosfer.az-ın məlumatına görə, hadisə bir neçə gün əvvəl səhər saatlarında baş verib.
Kadrlardan göründüyü kimi, 77-BF-594 dövlət nömrə nişanlı “Toyota Prius” markalı avtomobilin sürücüsü hərəkətdə olan motosikletə məhəl qoymadan sol zolağa manevr edib. Bu zaman təhlükə ilə üzləşən motosiklet sürücüsü siqnal verərək ona xəbərdarlıq edib.
Lakin “Prius” sürücüsü xəbərdarlığa əhəmiyyət vermədən hərəkətini davam etdirib. Hadisədən sonra motosikletçi avtomobilə yaxınlaşaraq sürücünün bu hərəkətini ictimailəşdirəcəyini bildirib.
Nərmin
bax.tvhttps://player.bax.tv/embed/227163.html?utm_source=playerden&utm_medium=paylasim&utm_campaign=son-xeberler