Motosikletdən yola yıxılan sürücünü ağır yük maşını vurdu VİDEO

15.07.2025

Icma.az bildirir, Avtosfer saytına əsaslanaraq.

Qəza nəticəsində yolun hərəkət hissəsinə yıxılan sürücünü yük maşını vurub. Avtosfer.az xəbər verir ki, Çində baş verən qəzanın görüntüləri təhlükəsizlik kamerası tərəfindən qeydə alınıb. Hərəkətdə olan iki motosiklet toqquşub. Zərbənin təsirindən motosiklet sürücülərindən biri yolun hərəkət hissəsinə yıxılıb. Bu zaman sürətlə hərəkətdə olan ağır tonnajlı yük maşını yıxıldığı yerdən qalxmağa çalışan motosiklet sürücüsünü vurub. Asfalt üzərində bir neçə metrə sürüklənən bəxtsiz motosiklet sürücüsü öz imkanları ilə ayağa qalxıb.

Sözügedən hadisənin videosunu təqdim edirik:

Namiq Musayev

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью