Icma.az, Avtosfer saytına istinadən bildirir.
Yol hərəkəti qaydalarını pozan motosiklet sürücüsü cərimələnib. Avtosfer.az xəbər verir ki, Türkiyənin Hatay şəhərində baş verən hadisə həvəskar kamera tərəfindən qeydə alınıb.
Belə ki, İskenderun rayonunda İ.A. adlı şəxs idarə etdiyi motosikletlə tək təkər üstündə hərəkət edərək nəqliyyat vasitələrinin arası ilə sərt manevrlər edib. Bundan başqa, sürət həddini aşaraq həm özünün, həm də digər hərəkət iştirakçılarının həyatını təhlükəyə atıb və daha sonra həmin görüntüləri sosial mediada paylaşıb.
Kadrları izləyən yol polisi əməkdaşları tez bir zamanda qayda pozan şəxsi müəyyən edərək saxlayıb.
Polis törətdiyi qayda pozuntularına görə motosikletçiyə 1792 manat cərimə yazıb.
Sözügedən hadisənin anbaan videosunu təqdim edirik:
Namiq Musayev
Oxunub 40