Motosikletin vurduğu piyada xəstəxanada ölüb

15.07.2025

Bakivaxti saytına istinadən Icma.az xəbər verir.

Sumqayıtda 6 gün əvvəl motosikletin vurduğu piyada bu gün xəstəxanada vəfat edib.

Bakıvaxtı.az xəbər verir ki, apa-nın məlumatına görə, hadisə 2025-ci il iyulun 9-da Sumqayıt şəhəri, Heydər Əliyev prospektinin 26-cı məhəllə ərazisində qeydə alınıb.

Xalid Rasim oğlu Eyvazlının idarə etdiyi motosiklet hərəkətdə olarkən 1967-ci il təvəllüdlü Bahar Həsən qızı Kərimovanı vurub. Qəza nəticəsində ağır xəsarət alan piyada – qapalı kəllə-beyin travması diaqnozu ilə Respublika Neyrocərrahiyyə Xəstəxanasına yerləşdirilib.

Həkimlərin səylərinə baxmayaraq, o, 2025-ci il iyulun 14-də müalicə aldığı xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью