Motosikletlə videosu yayılan xanım sürücü saxlanıldı DYP dən AÇIQLAMA VİDEO

22.01.2025

Avtosfer saytına istinadən Icma.az xəbər verir.

Paytaxtda qayda pozan motosiklet sürücüsü cərimələnib. Bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis kapitanı Toğrul Nəsirli Avtosfer.az-a məlumat verib. O bildirib ki, 99-K-792 dövlət nömrə nişanlı motosikletin sürücüsü ilə bağlı yayılan videogörüntü əsasında araşdırma aparılıb. Araşdırma nəticəsində məlum olub ki, sürücü Ayan Əliyevanın nəqliyyat vasitəsini idarə etmək hüququ yoxdur. Bununla əlaqədar onun barəsində İnzibati Xətalar Məcəlləsinin 332.2-ci maddəsi üzrə protokol tərtib edilib.

Nərmin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью