Bakivaxti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Tiaqo Motta İtaliyanın "Fiorentina" klubunun baş məşqçisi postuna təyin olunmağa yaxındır.
Bakıvaxtı.az "Passione Fiorentina"ya istinadən xəbər verir ki, 44 yaşlı mütəxəssislə müqavilə bağlanmaq üzrədir.
İtaliyalı mütəxəssis 2025-ci ilin martınadək "Yuventus"un baş məşqçisi olub. Komanda onun rəhbərliyi altında keçirdiyi 42 matçda 18 qələbə qazanıb, 16 heç-heçə edib və 8 dəfə məğlubiyyətə uğrayıb.
O, daha əvvəl "Bolonya"nı İtaliya A Seriyasında 5-ci pilləyə yüksəldib, həmçinin "Spetsiya" və "Cenoa"da çalışıb.
Qeyd edək ki, "Fiorentina"nın əvvəlki baş məşqçisi Fabio Qrosso İtaliya çempionatının 2026/2027 mövsümündə ardıcıl 3 məğlubiyyətdən sonra istefaya göndərilib.