Motta getdi, o gəldi Yuventus yeni baş məşqçisini açıqladı

23.03.2025

Icma.az, Qol.az portalına istinadən məlumatı açıqlayır.

"Yuventus" yeni baş məşqçi təyinatını açıqlayıb. 

QOL.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 

Turin təmsilçisi Tiaqo Motta ilə yollarını ayırıb. Onun əvəzinə İqor Tudorla iyuna qədər + 1 il şərti ilə müqavilə imzalanıb. 

İqor Tudorun çalışdırdığı son klub "Latsio" olub. O, İtaliya komandasını ötən ilin martında tərk edib. 

Qeyd edək ki, "Yuventus" hazırda İtaliya A Seriyasının turnir cədvəlində 52 xalla 5-ci yerdədir. Lider "İnter"in 64 xalı var. Motta 2024-cü ilin yayından "Yuventus"u çalışdırır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью