Mourinyo 13 il sonra “Real”a qayıtdı Perez təsdiqlədi

08.06.2026

Icma.az, Qafqazinfo portalına istinadən məlumat yayır.

Yenidən “Real”ın prezidenti seçilən Florentino Perez açıqlama verib.

“Qafqazinfo”nun məlumatına görə, o, Joze Mourinyonun Madrid klubunun baş məşqçisi olacağını təsdiqləyib:

“Seçkilərdə qalib gəldik və titullar qazanmağa davam edəcəyik. Yaxşı futbolçulara sahibik. Həmçinin dünyanın ən yaxşı məşqçilərindən biri, əsl “madridist” Joze Mourinyonun geri qayıtması ilə fəxr edirik”.

Qeyd edək ki, bir müddətdir Joze Mourinyonun “Real”ın baş məşqçisi olacağına dair xəbərlər yayılmışdı. 63 yaşlı çalışdırıcı 2010-2013-cü illərdə Madrid klubunu çalışdırıb. 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью