Mourinyo 3, köməkçiləri 4 oyunluq cəzalandı

06.04.2025

Icma.az bildirir, sport24.az saytına əsaslanaraq.

Türkiyə kubokunun 1/4 finalında "Fənərbaxça" və "Qalatasaray" arasında keçirilən oyunda baş verən qalmaqalla bağlı cəzalar açıqlanıb. Sport24.az xəbər verir ki, bu haqda Türkiyə Futbol Federasiyası məlumat yayıb.

İntizam Komitəsi "Fənərbaxça"nın baş məşqçisi Joze Mourinyonu 3 oyunluq diskvalifikasiya edib. Bundan başqa, qırmızı vərəqə alan "Fənərbaxça"nın məşqçiləri Sandro Zufiçlə Salvadore Foti 4, komandanın futbolçularından  Fred 3, Mert Hakan Yandaş isə 1 oyunluq cəzalandırılıb.

Bu cəzalar kubok matçlarında tətbiq olunacaq.

Qeyd edək ki, "Qalatasaray"ın 2:1 hesabı ilə qalib gldiyi oyundan sonra Mourinyo rəqib həmkarı Okan Burukun burnundan tutub. Bundan sonra "Qalatasaray"ın baş məşqçisi yerə yıxılıb. 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью