Mourinyo Arbeloadan üzr istədi

29.01.2026

Icma.az bildirir, Qol.az saytına əsaslanaraq.

Mourinyo Arbeloadan üzr istədi

"Benfika"nın baş məşqçisi Joze Mourinyo Çempionlar Liqasının Liqa mərhələsinin 8-ci turunda "Real" üzərində qələbəni (4:2) çılğın şəkildə qeyd edib.

QOL.az xəbər verir ki, Lissabon təmsilçisi qapıçısı Anatoli Trubinin 90+8-ci dəqiqədə vurduğu qolla pley-offa yüksəlib.

Həmin vaxt Mourinyo hisslərini cilovlaya bilməyib və tirubnalara baxaraq qələbəni emosional şəkildə qeyd edib. O, matçdan sonra açıqlamasında buna görə Madrid təmsilçisinin baş məşqçisi Alvaro Arbeloadan üzr istəyib:

"Qələbəni çılğın qeyd etdiyimə görə üzr istəyirəm. Arbeloa futbol adamıdır və başa düşür ki, belə anlarda emosiyalara sərbəstlik veririk".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью