Icma.az, Idman.biz portalına istinadən məlumat verir.
“Real Madrid” futbol klubunun baş məşqçisi Joze Mourinyo komandanın türkiyəli hücumameyilli yarımmüdafiəçisi Arda Gülərin oyununu yüksək qiymətləndirib.
İdman.Biz xəbər verir ki, təcrübəli mütəxəssisin fikirlərini AS nəşri yayıb.
“Onun inkişafını və fiziki cəhətdən necə dəyişdiyini məndən daha yaxşı bilən insanlar da var. Amma mənim üçün onun keyfiyyətləri inanılmazdır: oyunu görməsi, qətiyyəti, komandaya gətirdiyi sabitlik və epizodlar yaratmaq bacarığı.
Düşünürəm ki, onun fantastik potensialı var və artıq statistikası da çox təsir edicidir. Biz daha dərin təhlil aparırıq. Bəlkə də bir daha “ən yaxşı” sözünü təkrarlamaq istəmirəm. Amma bəli, Gülər həqiqətən də ən yaxşılardan biridir”, - deyə Mourinyo bildirib.
Məlumat üçün əlavə edək ki, Arda Güler 2023-cü ildə “Real Madrid”ə transfer olunub. Onun hazırkı müqaviləsi 2029-cu ilə qədər qüvvədə olsa da, klub rəhbərliyi futbolçunun maaşını və müqavilə statusunu komandadakı yüksələn mövqeyinə uyğunlaşdırmaq istəyir.