Mourinyo Arda Güler haqda: “Modriç kimi olacaq”

20.08.2026

Icma.az, Apasport portalına istinadən məlumat verir.

“Real”ın baş məşqçisi Joze Mourinyo komandanın türkiyəli yarımmüdafiəçisi Arda Gülerin inkişafı barədə danışıb.

Apasport.az xəbər verir ki, portuqaliyalı mütəxəssis 21 yaşlı futbolçunun gələcəkdə meydandakı mövqeyini dəyişə biləcəyini bildirib:

“Ardanı bəyənirəm. Düşünürəm ki, onunla Modriç və ya Bernardu Silvada olduğu kimi bir şey baş verəcək. Futbolçu bir mövqedə başlayır, digərində karyerasını davam etdirir. 10 nömrə mövqeyindən başlayıb, sonda 8 və ya 6 nömrə mövqeyində oynaya bilər.

Düşünürəm ki, Arda inkişaf etdikcə və oyunu daha yaxşı başa düşdükcə bu istiqamətdə irəliləyəcək”.

Qeyd edək ki, Arda Güler 2025/26 mövsümündə “Real”ın heyətində bütün turnirlərdə 51 oyuna çıxıb, 6 qol vurub və 14 məhsuldar ötürmə edib.

Günün canlı yayımlanacaq matçları - TV AFİŞA “Tottenhem” “Mançester Siti”nin iki ulduzuna “göz dikdi” “Siti”dən ayrıldı - SƏUDİYYƏ ƏRƏBİSTANININDA ÇIXIŞ EDƏCƏK “Fənərbaxça” onunla da yollarını ayırdı - RƏSMİ “Fənərbaxça”da növbəti ayrılıq - RƏSMİ
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью