Mourinyo Arda Gülərlə bağlı qərar verdi

20.09.2026

Icma.az, Bizim media portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İspaniya La Liqasının 7-ci turunda “Atletiko Madrid” ilə “Real Madrid” “Metropolitano” stadionunda üz-üzə gələcək.
Bizim.Media xəbər verir ki, Madrid derbisi bu gün yerli vaxtla 17:15-də başlayacaq.
 

Qarşılaşma öncəsi “Atletiko Madrid” 13 xalla turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb. “Real Madrid” isə keçirdiyi 6 oyunda 5 qələbə və 1 məğlubiyyət əldə edərək, “Barselona”dan sonra çempionatın 2-ci pilləsində yer alır.


İspaniya mətbuatında yayılan məlumatlara görə, “Real Madrid”in baş məşqçisi Joze Mourinyo Arda Gülərə “Atletiko Madrid”lə derbidə start heyətində şans verəcək.
Məlumata əsasən, “Real Madrid”in derbidə meydana çıxacağı ehtimal olunan start heyəti belədir: Tibo Kurtua; Denzel Dumfris, İbrahima Konate, Din Huysen, Mark Kukurelya; Federiko Valverde, Orelyen Çuameni, Arda Gülər, Cud Bellinqem, Vinisius Junior; Kilian Mbappe.
Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью