Mourinyo Arnoldla bağlı QƏRARINI verdi

09.09.2026

Lent az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

“Real Madrid”in baş məşqçisi Joze Mourinyo Trent Aleksander-Arnoldun yarımmüdafiə mövqeyindəki çıxışını qiymətləndirib.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, ingiltərəli futbolçu “Real Madrid”in Çempionlar Liqasında “İnter”i 2:1 hesabı ilə məğlub etdiyi qarşılaşmada Federiko Valverde ilə birlikdə yarımmüdafiədə oynayıb.

Mourinyo matçdan sonra Aleksander-Arnoldun İngiltərə millisində və “Liverpul”da bu mövqedə çıxış etdiyini xatırlatsa da, onu yarımmüdafiəçi hesab etmədiyini bildirib:

“O, yarımmüdafiədə çox yaxşı oynadı və taktiki tapşırıqları düzgün yerinə yetirdi. Lakin yarımmüdafiəçi deyil. Aleksander-Arnold və Valverde bu səviyyədə çox yaxşı iş gördülər”.

Futbolçunun mövqeyinin dəyişdirilməsi Eduardo Kamavinqa, Arda Güler və Bernardo Silvanın cəzalı olması ilə əlaqələndirilib. Aleksander-Arnold görüşdə iki qol imkanı yaradıb və komandasının ən çox cinah ötürməsi edən oyunçusu olub. Bununla belə, top uğrunda mübarizələrin heç birində qalib gələ bilməyib və ötürmələrinin dəqiqliyi 83,3 faiz təşkil edib.

O, “İnter”in 77-ci dəqiqədə hesab arasındakı fərqi azaltmasından bir qədər sonra əvəzlənib. Mourinyo futbolçunun meydanda bütün gücünü sərf etdiyini vurğulayıb:

“Bu mövqedə oynamaq sağ cinah müdafiəçisi olmaqdan fərqlidir. Fiziki yük və intensivlik olduqca ağırdır. O, yüz faizini verdi və meydanı bütün gücünü sərf edərək tərk etdi”.

Portuqaliyalı mütəxəssis Aleksander-Arnoldun universallığını, ötürmələrini, cinah asmalarını və standart vəziyyətlərdəki bacarığını yüksək qiymətləndirsə də, onu daimi olaraq yarımmüdafiədə oynatmağı planlaşdırmır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью