Icma.az, Qol.az portalına istinadən məlumat verir.
“Real”ın baş məşqçisi Joze Mourinyo London “Arsenal”ının futbolçusu Rikardo Kalafiorinin transferində maraqlıdır.
QOL.az xəbər verir ki, bu haqda "TEAMtalk" məlumat yayıb.
Madrid təmsilçisinin nümayəndələri italiyalı müdafiəçinin çıxışlarını yaxından izləyir və artıq onun ətrafına transfer marağı barədə məlumat veriblər. Mourinyo 24 yaşlı futbolçunu dünyanın ən yaxşı sol cinah müdafiəçilərindən biri hesab edir. Bununla belə, “Arsenal” hazırda Kalafiorini satmaq niyyətində deyil. Əksinə, London klubu 2027-ci ildə müdafiəçi ilə yeni müqavilə üzrə danışıqlara başlamağı planlaşdırır.
Bildirilir ki, Kalafiorinin transferi baş tutmasa, “Real” alternativ variant kimi “Mançester Siti”nin müdafiəçisi Yoşko Qvardiolu nəzərdən keçirir.
Qeyd edək ki, Kalafiori bu mövsüm bütün turnirlərdə 11 oyuna çıxıb, 2 qol vurub və 2 məhsuldar ötürmə verib.