Milli.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Fenerbahçe ilə yollarını ayıran portuqaliyalı məşqçi Jose Mourinyo ölkəsinə - Portuqaliyaya qayıdıb və ayrılıqdan sonra ilk dəfə açıqlama verib.
Hava limanında jurnalistlərin suallarını cavablandıran Mourinyo, əvvəlcə şəxsi planları barədə danışaraq:"Evə gedib Sporting-Porto oyununa baxacağam və ailəmlə birlikdə axşam yeməyi yeyəcəyəm.
Mənim oyunöncəsi mətbuat konfransımı görmüsünüz?" - deyə bildirib. Portuqaliyalı jurnalistin "Belə bir qərarı gözləyirdinizmi?
Yaxud transferlə bağlı açıqlamalarınız bu qərara təsir etdimi?" sualına isə məşqçi qısa cavab verib: "Bunun haqqında danışmaq istəmirəm.
Mən belə adamam; bitdisə, bitdi." Xatırladaq ki, Super Liqanın nəhəng klublarından olan Fenerbahçe, bir neçə gün əvvəl Jose Mourinyo ilə yollarını rəsmən ayırmışdı.Lalə Qüdrətova Milli.Az Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.