Mourinyo “Barselona”dan onu istəyir

27.05.2026

Icma.az, futbolpress-az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Barselona”nın futbolçusu Ansu Fati karyerasını Türkiyədə davam etdirə bilər.

Futbolpress.az xəbər verir ki, “Fənərbağça” 21 yaşlı hücumçunun transferində maraqlıdır. Bu barədə İspaniya mətbuatı məlumat yayıb. İstanbul klubunun baş məşqçisi Joze Mourinyo rəhbərlikdən Fatinin transferini istəyib.

Fati bu mövsüm “Barselona”da 3 oyuna çıxıb. İspan oyunçu klubdan ayrılmağa müsbət yanaşır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью