Lent az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Türkiyənin "Fənərbağça" klubunun baş məşqçisi Joze Mourinyo "Barselona"nın 22 yaşlı ispaniyalı hücumçusu Ansu Fatinin transferindən imtina etməli olub.
Lent.az xarici KİV-ə istinadla bildirir ki, transferdən imtina oyunçunun bud nahiyəsindən aldığı zədə ilə bağlıdır.
Onun sağalması təxminən bir ay çəkəcək. Xatırladaq ki, hücumçunun klubla hazırkı müqaviləsi 2027-ci ilin iyunun sonuna kimidir.
Bu mövsüm Fati kataloniyalıların heyətində 7 oyun keçirib və bu oyunda effektli olmayıb.
Transfermarkt portalının məlumatına görə, hücumçunun dəyəri 15 milyon avrodur.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.