Icma.az, Metbuat portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
"Arsenal"ın və "Çelsi"nin keçmiş ulduzu Villiam Gallas "Fənərbaxça"nın baş məşqçisi Joze Mourinyo ilə bağlı maraqlı iddia ortaya atıb.
Metbuat.az xəbər verir ki, o, məşqçinin Premyer Liqaya qayıda biləcəyini hesab edir. Keçmiş futbolçunun sözlərinə görə, Mourinyo İngiltərə Premyer Liqasında çempionluğa iddialı komandanın təklifini qəbul edə bilər. Villiam Gallas hesab edir ki, Mourinyo çempionluğa iddialı olmayan klubda işləməyəcək.
Qeyd edək ki, Joze Mourinyonun "Fənərbaxça" ilə müqaviləsi 2026-cı ildə yekunlaşır. Mourinyo bundan əvvəl “Çelsi”, “Mançester Yunayted”, “İnter”, “Roma” və “Tottenhem”, “Real Madrid” kimi klubları çalışdırıb.