Mourinyo bu ulduzun transferini tələb edir

19.06.2026

Icma.az xəbər verir, Metbuat saytına əsaslanaraq.

“Real Madrid” yay transfer pəncərəsində müdafiə xəttini gücləndirmək üçün yeni plan üzərində işləyir.

Metbuat.az xəbər verir ki, tanınmış insayder Alberto Pereyranın məlumatına görə, Madrid klubunun prezidenti Florentino Peres komandanın yeni baş məşqçisi Joze Mourinyonun transfer tələblərinə müsbət yanaşıb. Bildirilir ki, portuqaliyalı mütəxəssis “Mançester Siti”nin və Xorvatiya millisinin müdafiəçisi Yoşko Qvardiolun transferini istəyib və bu tələb klub rəhbərliyi tərəfindən dəstəklənib.

Məlumata görə, “kral klubu” 24 yaşlı futbolçunu bu yay transfer pəncərəsində heyətinə qatmaq üçün hərəkətə keçməyi planlaşdırır. Qvardiolun mümkün transferi Madrid təmsilçisinin yay planlarında əsas hədəflərdən biri kimi qiymətləndirilir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью