Mourinyo Cengiz Ünder üçün qərarını verib

22.11.2024

Icma.az xəbər verir, Gununsesi saytına əsaslanaraq.

“Fənərbağça”nın baş məşqçisi Joze Mourinyonun bu mövsüm oynamaq şansı çox olmayan Cengiz Ünderin gedişinə razılıq verdiyi iddia edilib.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, sarı-göylərin 27 yaşlı futbolçu ilə yollarını fasilədə ayıracağı qeyd edilib.

Digər tərəfdən, “Fənərbağça”nın baş məşqçisi Joze Mourinyonun heyətdə üstünlük verilməyən Cengizin başqa komandaya transferinə razılıq verdiyi bildirilirdi. 

27 yaşlı futbolçu bu mövsüm “Fənərbaxça”nın heyətində 3 matçda meydana çıxsa da, nə qol, nə də məhsuldar ötürmə verə bildi.

Orxan Saffari

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью