Mourinyo cəzalandırıldı

08.11.2024

Icma.az, Unikal.az portalına istinadən məlumat yayır.

"Fənərbaxça"nın baş məşqçisi Joze Mourinyo Türkiyə Futbol Federasiyası tərəfindən cəzalandırılıb.

"Unikal" xəbər verir ki, portuqaliyalı mütəxəssisin cəzalandırılmasına səbəb onun Superliqanın 11-ci turunda "Trabzonspor"la matçdan sonra azarkeşlərə jestlər etməsi və hakimlərlə əlaqədar sərt ifadələr səsləndirməsidir. 

TFF-nin İntizam Komitəsi məşqçini 1 oyunluq diskvalifikasiya edib. Həmçinin Mourinyo 958 min türk lirəsi məbləğində cərimələnib.

Qeyd edək ki, bu oyunda İstanbul təmsilçisi 3:2 hesablı qələbə qazanıb. 


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью