Mourinyo doğum günündə 7 ci oyunu

26.01.2025

Idman.biz portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bu gün Joze Mourinyonun 62 yaşı tamam olur.

İdman.biz xəbər verir ki, portuqaliyalı mütəxəssisin doğum günündə onun çalışdırdığı "Fənərbaxça" evdə "Göztepe"ni qəbul edəcək.

Maraqlıdır ki, Morinyonun əvvəlki komandaları "Porto", "Çelsi", "Real" və "Mançester Yunayted" onun doğum günündə keçirdikləri 6 oyundan beşində qələbə qazanıblar. Yalnız "Mançester Yunayted" 2017-ci il yanvarın 26-da Liqa kubokunun yarımfinalında "Hall Siti"yə 1:2 hesabı ilə uduzaraq baş məşqçisini məyus edib.

İdman.biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью