Mourinyo əməliyyata gedir

22.12.2024

Qol.az saytına istinadən Icma.az xəbər verir.

"Fənərbaxça"nın baş məşqçisi Joze Mourinyo əməliyyat olunacaq.

QOL.az "beinsports"a istinadən xəbər verir ki, portuqaliyalı mütəxəssis  dekabrın 23-də Türkiyədən kənarda əməliyyat ediləcək.

Mourinyonun səhhətində hansl problem olduğu və əməliyyatın harada gerçəkləşəcəyi ilə bağlı hələlik məlumat verilməyib.

Xəbərdə qeyd edilib ki, Mourinyonun dekabrın 27-də komandası ilə birgə olacağı gözlənilir.

Qeyd edek ki, "Fənərbaxça" bu mövsüm Mourinyonun rəhbərliyi altında 26 oyuna 15 qələbə qazanıb, 6 heç-heçə edib və 5 görüşdə uduzub. Komanda Superliqada 36 xalla 2-ci pillədədir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью