Mourinyo: Ən yaxşı futbolçularla işləmək problem deyil

26.06.2026

Icma.az, sport24.az saytına istinadən bildirir.

"Real"ın yeni baş məşqçisi Joze Mourinyo komanda daxilində problemlər yaşadığı deyilən futbolçularla bağlı səsləndirilən iddialara münasibət bildirib. Sport24.az xəbər verir ki, portuqaliyalı mütəxəssis həmin oyunçuları komandadan uzaqlaşdırmaq niyyətində olmadığını açıqlayıb.

"İnsanlar deyirlər ki, Mourinyo ötən mövsüm problem yaşayan futbolçuları komandadan göndərəcək. Xeyr, heç də belə deyil. Mən bu futbolçuları istəyirəm. Mən ən yaxşı oyunçularla işləmək istəyirəm".

"Eqoları idarə etmək məşqçinin qarşılaşa biləcəyi ən yaxşı problemdir. Ən yaxşı futbolçular ən yaxşı problemdir. Eqo da bunun bir hissəsidir. İndi mənim vəzifəm bu futbolçulardan güclü komanda formalaşdırmaqdır".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью