Mourinyo Enrikeyə söz atdı

23.11.2026

Yenisabah portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Joze Mourinyo mətbuat konfransında həmkarı Luis Enrikenin illər əvvəl səsləndirdiyi fikirlə bağlı suala özünəməxsus tərzdə cavablandırıb.

“Yeni Sabah” xəbər verir ki, "Luis Enrike bir neçə il əvvəl daha az mətbuat konfransı keçirmək üçün maaşının 20 faizindən imtina edə biləcəyini demişdi" xatırlatmasına o qəti, lakin yumorlu şəkildə reaksiya göstərib.

O, Luis Enrikenin mövqeyini qəbul etdiyini desə də, özünün heç bir halda belə bir addım atmayacağını bildirib: Online alış-veriş

"Yox, yox. Luisin dediklərini qəbul edirəm, amma mən belə etmərəm. Heç bir halda! Eyni sayda mətbuat konfransı, eyni maaş!"

Mourinyonun bu cavabı mətbuat nümayəndələri arasında gülüş və maraqla qarşılanıb.

Nazim Hacıyev


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью