Mourinyo Evertonu çalışdıra bilər

10.01.2025

Icma.az, Bakivaxti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Türkiyənin "Fənərbağça" klubunun baş məşqçisi Joze Mourinyo karyerasını İngiltərədə davam etdirə bilər.

Bakıvaxtı.az "The Sun"a istinadən xəbər verir ki, portuqaliyalı mütəxəssis ötən gün Şon Dayçla yolları ayıran "Everton" komandasının "sükanı arxasına" keçə bilər.

Liverpul klubu İngiltərə Premyer Liqasının turnir cədvəlində 17 xalla 16-cı pillədə qərarlaşıb.

Qeyd edək ki, Joze Mourinyo 2024-cü ilin yayında "Fənərbağça"ya baş məşqçi təyin edilib. Mütəxəssis daha əvvəl "Roma" (İtaliya), "Tottenhem", "Mançester Yunayted", "Çelsi" (hamısı İngiltərə), "Real" (İspaniya), "Portu", "Leyriya" və "Benfika" (hamısı Portuqaliya) klublarını çalışdırıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью