Mourinyo “Fənərbağça”da güzəşt etmədi

09.06.2025

Idmanxeber.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“Fənərbağça”nın baş məşqçisi Joze Mourinyo klubdan getməyə yaxındır.

İdmanxeber.az-ın məlumatına görə, 62 yaşlı portuqaliyalı Londonda klub rəhbəri Ali Koçla görüşüb. Tərəflər müqavilənin ləğvi məsələsini müzakirə edib.

Mourinyo Koça güzəştə getməyəcəyini və yalnız sözləşməsinin sonuna qədər ödənməli olan 15 milyon avronu alacağı təqdirdə, komandadan gedəcəyini bildirib.

Mourinyo 2024-cü ilin yayından “Fənərbağça”ya rəhbərlik edir. Onun rəhbərliyi altında komanda ötən mövsüm Türkiyə çempionatında “Qalatasaray”a uduzaraq ikinci yeri tutub.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью