Mourinyo “Fənərbağça”nı işə saldı 36 milyon ödənilməlidir

11.11.2025

Olke.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Portuqaliyalı məşqçi Joze Mourinyo İstanbulun “Fənərbağça” klubunda çalışdığı dövrdə qaldığı "Four Seasons" hotelinə görə 747 min avro (təxminən 36 milyon TL / 1.5 milyon manat) məbləğində ödənilməmiş hesab qoyub.

Ölkə.Az Türkiyə mediasına istinadən xəbər verir ki, mütəxəssis 15 ay ərzində həmin hoteldə yaşayıb. O, avqust ayında – “Fənərbağça”nın baş məşqçisi vəzifəsindən azad edildikdən sonra – hoteldən ayrılıb.

Qeyd olunur ki, hazırda hesabı kimin ödəyəcəyi – Mourinyo, yoxsa klub tərəfindənmi – hələ bəlli deyil. Hazırda portuqaliyalı məşqçi 2026-cı ilə qədər nəzərdə tutulmuş müqavilənin vaxtından əvvəl ləğvinə görə “Fənərbaxça”dan 15 milyon avro kompensasiya gözləyir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью