Mourinyo Fənərbaxça dan ayrılmaq üçün şərtini açıqladı

10.06.2025

Icma.az, Metbuat portalına istinadən məlumat verir.

Joze Mourinyo "Fənərbaxça"dan ayrıla bilər.

Metbuat.az xəbər verir ki, Mourinyo klub prezidenti Ali Koçla görüşərək, müqavilənin vaxtından əvvəl ləğvi ilə bağlı müzakirə aparıb. AS nəşrinin iddiasına görə, məşqçi məvacib məsələsində güzəşt etməyəcəyini bəyan edib. Mourinyo bildirib ki, müqavilənin sonuna qədər ona ödənməli olan 15 milyon avro ödəniləcəyi təqdirdə o klubdan ayrılmağa razılıq verəcək.

Qeyd edək ki, Joze Mourinyonun "Fənərbaxça" ilə müqaviləsi 2026-cı ildə yekunlaşır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью