Mourinyo ilə jurnalist arasında maraqlı dialoq

14.10.2026

Icma.az, Qol.az portalına istinadən məlumat yayır.

Mourinyo ilə jurnalist arasında maraqlı dialoq

Madrid “Real”ının baş məşqçisi Joze Mourinyonun polşalı jurnalistlə maraqlı dialoqu olub.

Qol.az xəbər verir ki, UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 2-ci turunda “Roma” ilə keçiriləcək oyun öncəsi mətbuat konfransında jurnalist "Real"ın çətin vəziyyətdə olduğunu deyib.

Jurnalist: Mən Polşadanam, İspaniyaya yaxın deyiləm, amma eşitdiyimə görə, "Real" hazırda olduqca çətin vəziyyətdədir; işlər çox mürəkkəbdir.

Mourinyo: Siz Polşadansınız, ora çox uzaqdadır. Ona görə də aldığınız məlumatlar təhrif olunub (gülür).

Jurnalist: "Real"da sanki bal ayı bitmiş kimi sağ qalma rejimindəsiniz.

Mourinyo: Bal ayı?

Jurnalist: Bəli, bal ayı...

Mourinyo: "Bal ayı" ifadəsinin nə demək olduğunu bilirəm, amma dəqiq nəyi nəzərdə tutursunuz?

Jurnalist: İndi hamı sizdən yalnız qələbələr gözləyir.

Mourinyo: Bal ayı budurmu (gülür)?

Jurnalist: Bəs sizin fikriniz nədir?

Mourinyo: Bununla nə demək istəyirsiniz?

Jurnalist: Yaxşı, sualımı daha sadə şəkildə ifadə edim: matçdan əvvəl özünüzü necə hiss edirsiniz?

Mourinyo: "Həmişəki kimi, əla. Mən mələk kimi yatıram.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью