Icma.az, Qol.az saytına istinadən bildirir.
Madrid “Real”ının prezidenti Florentino Peres yay transfer pəncərəsi ilə bağlı diqqətçəkən açıqlama verib.
QOL.az Sport.es-ə istinadən xəbər verir ki, klub rəhbəri artıq üç mühüm razılaşmanı tamamladıqlarını bildirib.
O, "Benfika"nın baş məşqçisi Joze Mourinyo və "Liverpul"dan müdafiəçi İbrahima Konate və "İnter"dən Denzel Damfrisin komandaya qoşulacaqlarını bildirib.
"Biz Denzel Damfrislə müqavilə imzaladıq. Konate və Mourinyo ilə müqavilələr artıq yekunlaşdırılıb" - deyə Peres bildirib.
Əvvəllər Madrid klubunun portuqaliyalı məşqçi üçün "Benfika"ya 15 milyon avroluq sərbəst qalma maddəsi ödəməli olacağı bildirilirdi. Mediada yayılan məlumatlara görə, Damfris üçün "İnter"lə sərbəst qalma maddəsi 20 milyon avrodur. Konate "Liverpul"dan azad agent kimi pulsuz ayrılır.