Mourinyo ilə yenidən Pepe “Real”a qayıdır

08.06.2026

Apasport saytından alınan məlumata görə, Icma.az bildirir.

“Real Madrid”in sabiq futbolçusu Pepe yenidən Madrid klubunda çalışa bilər.

Apasport.az xəbər verir ki, bu barədə Portuqaliyanın “O Jogo” nəşri məlumat yayıb.

Xəbərə görə, 43 yaşlı sabiq müdafiəçi bu dəfə məşqçi kimi "kral klubu"na qayıdacaq. 
O, Joze Mourinyonun “Real Madrid”dəki məşqçilər korpusunda yer alacaq. 

Pepenin portuqaliyalı mütəxəssisin köməkçilərindən biri olacağı gözlənilir.

Tərəflər arasında danışıqların müsbət istiqamətdə getdiyi, rəsmi açıqlamanın yaxın günlərdə verilə biləcəyi bildirilir.

Qeyd edək ki, 2024-cü ildə peşəkar futbolçu karyerasını bitirən Pepe 2007-2017-ci illərdə “Real Madrid”də çıxış edib.
O, Mourinyonun rəhbərliyi altında 2010-2013-cü illərdə Madrid klubunda oynayıb.

“Real”dan Kamavinqa qərarı: “Qalatasaray” detalı “Arsenal”ın futbolçusu Bundesliqa yolunda Türkiyə Super Liqası: "Fənərbaxça" finalda Van Persi dövrü rəsmən bitdi: "Feyenord"da ayrılıq "Fənərbaxça" prezidentini seçdi: YILDIRIM RƏSMƏN QAYITDI!
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью