Mourinyo İngiltərənin bu klubuna rəhbərlik edəcək

10.01.2025

Lent az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"Fənərbaxça"nın baş məşqçisi Joze Mourinyo Türkiyə klubunu tərk edərək karyerasını İngiltərədə davam etdirə bilər.

Lent.az xarici mediaya istinadən bildirir ki, portuqaliyalı mütəxəssis İngiltərənin "Everton" klubunun baş məşqçi postuna əsas namizəddir.

“Everton” İngiltərə çempionatının turnir cədvəlində 16-cı yerdədir, komandanın 19 oyundan 17 xalı var.

Xatırladaq ki, Joze Mourinyo 2024-cü ilin yayından Türkiyənin "Fənərbaxça"sına rəhbərlik edir. Mütəxəssis əvvəllər "Roma", "Tottenhem", "Mançester Yunayted", "Çelsi", "Real Madrid", "Porto", "Leyriya" və "Benfika"nı çalışdırıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью