Mourinyo istədi ”Fənər”ə gəlir

12.07.2025

Apasport saytından alınan məlumata görə, Icma.az bildirir.

"Milan" və "Fənərbaxça"nın transfer etmək istədiyi Arçi Broun qərarını verib.

Apasport.az xəbər verir ki, "Gent"in müdafiəçisi "sarı-lacivərdlilər"in təklifini qəbul edib.

Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

İngiltərəli futbolçu bu gün İstanbula gedərək tibbi müayinədən keçəcək.

Broun "Fənərbaxça" ilə 4+1 illik müqavilə imzalayacaq. 23 yaşlı sol cinah müdafiəçisinin illk maaşı 1,5 milyon avro olacaq.

Qeyd edək ki, futbolçu ötən mövsüm "Gent"in heyətində meydana çıxdığı 46 rəsmi matçda 3 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.

Premyer Liqa klubundan 64 milyonluq transfer - RƏSMİ 16 yaşlı hücumçu "Komo"da Son dəqiqə: Orkun Kökçü transferi rəsmiləşdi Alonsonun "Real" rəhbərliyindən xüsusi istəyi "Trabzonspor"un yeni transferi İstanbulda
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью