Icma.az bildirir, Qol.az portalına istinadən.
Mourinyo La Liqanın ən yaxşısıdır
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
“Real”ın baş məşqçisi Joze Mourinyo İspaniya La Liqasında oktyabr ayının ən yaxşı məşqçisi adına layiq görülüb.
QOL.az xəbər verir ki, portuqaliyalı mütəxəssis səsvermədə “Real Sosyedad”ın çalışdırıcısı Pelleqrino Mataratstso və “Atletiko”nun baş məşqçisi Dieqo Simeoneni qabaqlayıb.
Mourinyonun rəhbərlik etdiyi “Real” oktyabr ayında La Liqada keçirdiyi hər üç oyunda qələbə qazanıb. Madrid təmsilçisi “Vilyarreal”ı 1:0, “Sevilya”nı 4:1, “Barselona”nı isə 2:1 hesabı ilə məğlub edib.