Idman.biz portalından verilən məlumata əsasən, Icma.az bildirir.
“Real Madrid” klubunun baş məşqçisi Joze Mourinyo Kilian Mbappenin bir mövsümdə 60 qol vurmaq imkanını dəyərləndirib.
İdman.Biz bildirir ki, Mbappe İspaniya La Liqasının “Real Sosyedad”la oyununda (4:1) het-trik edib.
Qarşılaşmadan sonra Mourinyoya fransalı hücumçunun mövsüm ərzində 60 qol vurmasının mümkün olub-olmadığı barədə sual ünvanlanıb.
“Kilyan inanılmaz futbolçudur. Onun neçə qol vuracağını deyə bilmərəm - 40, 50, yoxsa 60.
Mən titullarla birlikdə 40 qol vurmasını titulsuz 60 qoldan üstün tutaram. Komanda üçün daha çox iş görərək 40 qol vurmasını, yalnız özün üçün oynadığın və hücumçularda tez-tez gördüyümüz kimi, 60 qol vurmaqdan üstün hesab edirəm.
Kilyandan çox razıyam. Onun ustalığı barədə danışmağa belə ehtiyac yoxdur. Amma komandanın inkişafına verdiyi töhfəni, məsuliyyəti üzərinə götürməsini və gördüyü işi də qeyd etmək vacibdir.
O, komandanın düşərgəsinə iki gün daha tez gəldi - bu, yalnız müsbət məqamdır. Onu 90 dəqiqə meydanda saxladım və dörd qol vuracağına ümid edirdim.
Vinisius qol vuranda isə onu dərhal əvəzləməyə qərar verdim”, – deyə Mourinyo bildirib.