Mourinyo Messinin Argentina millisindən getməsinə münasibət bildirib

06.09.2026

Idman.biz saytına istinadən Icma.az xəbər verir.

“Real”ın baş məşqçisi Joze Mourinyo “İnter Mayami”nin futbolçusu Lionel Messinin Argentina millisində karyerasını başa vurmaq qərarına münasibət bildirib.

İdman.Biz AS nəşrinə istinadən xəbər verir ki, portuqaliyalı mütəxəssis 39 yaşlı futbolçunun dünya çempionatında da yüksək səviyyədə çıxış etdiyini vurğulayıb.

“Messinin futbolçu kimi keyfiyyətlərini təsvir edə biləcək söz yoxdur. O, bu dünya çempionatında 39 və ya 38 yaşında iştirak etdi və biz onun nəyə qadir olduğunu gördük.

Messi hamımızın darıxacağı futbolçulardan biridir. MLS matçlarına baxmalı olacağıq. Hərçənd bu, mənə elə də çox xoş gəlmir, amma onun son illərindən zövq almaq üçün bunu etməli olacağıq.

Əvvəllər də dediyim kimi, elə oyunçular var ki, onlar üçün həmişə darıxırsınız. Messi bizim nəslin nümayəndəsidir. Biz hamımız onun son iki onillikdəki nələr etdiyini görmüşük”, – deyə Mourinyo bildirib.

Qeyd edək ki, Lionel Messinin Argentina millisində karyerasını başa vurduğunu bəyan edib.

İdman.Biz
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью