Qol.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
“Real”ın baş məşqçisi Joze Mourinyo “Vilyarreal”la oyundan sonra mətbuat konfransına qatılmaqdan imtina edib.
QOL.az xəbər verir ki, bu barədə “Sport.es” məlumat yayıb.
Madrid təmsilçisi La Liqanın 8-ci turunda “Vilyarreal”ı 1:0 hesabı ilə məğlub edib. Görüşdə “Real”ın hücumçusu Vinisius Junior qırmızı vərəqə alıb. Bildirilir ki, Mourinyo hadisəyə görə qəzəbli olub və emosiyalarına hakim ola bilməyərək cəzalanmaq istəmədiyi üçün jurnalistlərin qarşısına çıxmayıb. Əks halda, o, “Sevilya” (18 oktyabr) və “Barselona” (25 oktyabr) ilə oyunları buraxa bilərdi.
Qeyd edək ki, Vinisius rəqib komandanın yarımmüdafiəçisi Natan-Dilan Salibanın saçından tutduqdan sonra topu qapıya göndərib. VAR-a baxışdan sonra qol ləğv edilib, braziliyalı hücumçu isə matçın 73-cü dəqiqəsində meydandan qovulub.