Mourinyo onun gedişinə mane oldu

15.07.2026

Icma.az bildirir, Qol.az portalına istinadən.

Mourinyo onun gedişinə mane oldu

"Real"ın hücumçusu Qonsalo Qarsiya bu yay komandadan ayrılmayacaq.

QOL.az xəbər verir ki, bu barədə "El Debate" nəşri məlumat yayıb.

Bildirilir ki, Madrid klubunun rəhbərliyinin yay transfer pəncərəsində satmaq istədiyi futbolçular arasında Qonsalo Qarsiya da olub. Lakin "Real"ın yeni baş məşqçisi Joze Mourinyo bu transferə qarşı çıxıb.

Məlumata görə, portuqaliyalı mütəxəssis 21 yaşlı hücumçunun Endriklə əsas heyətdə yer uğrunda rəqabət aparmasını istəyir. Hazırda Qonsalo bu mübarizədə müəyyən üstünlüyə malikdir. Çünki o, artıq komanda ilə məşqlərə başlayıb.

Qeyd edək ki, Qonsalo Qarsiya "Real"ın yetirməsidir. Onun Madrid klubu ilə müqaviləsinin müddəti 2030-cu il iyununa qədər qüvvədədir. Hücumçu 2025/2026 mövsümündə bütün turnirlərdə 39 oyunda meydana çıxaraq 8 qol vurub və 3 məhsuldar ötürmə edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью