Mourinyo oyunçularının DÇ 2026 nı tez tərk etməsini istəyir

25.06.2026

Icma.az, Qol.az saytına istinadən bildirir.

Mourinyo oyunçularının DÇ-2026-nı tez tərk etməsini istəyir

"Real"ın baş məşqçisi Joze Mourinyo DÇ-2026-da iştirak edən futbolçularının turniri tez bir zamanda tərk etmələrini arzuladığını dilə gətirib.

QOL.az xəbər verir ki, "El Chiringuito" nəşrinin yaydığı məlumata görə, portuqaliyalı mütəxəssis belə deyib: 

"Mən istəyirəm ki, "Real"ın oyunçuları dünya çempionatında məğlub olsunlar və onlar mümkün qədər tez tətilə gedə bilsinlər".

Xatırladaq ki, iyunun 11-də "Real" Mourinyonun baş məşqçi təyin olunduğunu rəsmən elan edib. Qeyd edək ki, portuqaliyalı mütəxəssis 2010-2013-cü illərdə də Madrid klubuna rəhbərlik edib. Onun rəhbərliyi altında komanda İspaniya çempionluğunu, ölkə kubokunu və superkubokunu qazanıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью