Mourinyo: “Pley offa adlayacağıq”

07.09.2026

Qol.az saytına istinadən Icma.az xəbər verir.

Mourinyo: “Pley-offa adlayacağıq”

“Real”ın baş məşqçisi Joze Mourinyo Çempionlar Liqasının əsas mərhələsinin 1-ci turunda “İnter”lə keçirəcəkləri oyunla bağlı fikirlərini bölüşüb.

QOL.az AS-a istinadən xəbər verir ki, mütəxəssis “Sabah komandanızdan hansı oyunu görmək istəyirsiniz?” sualını belə cavablandırıb: 

“Mən qalib gəlmək istəyirəm. Deyə bilərdim ki, komandammn yaxşı oyun nümayiş etdirməyini gözləyirəm. Amma “Betis”ə qarşı olduğu kimi yaxşı oynayıb, sonda məğlub olmaq istəmirəm. Mən yalnız qalib gəlmək istəyirəm! Qarşımızda pley-offa vəsiqə qazanmaq məqsədi ilə 8 oyunluq mərhələ var. Düşünürəm ki, pey-offa adlayacağıq. Amma mən “İnter”lə matça Çempionlar Liqasının əsas mərhələsinin bütün kontekstindən kənar, ayrıca oyun kimi yanaşmaq, qarşıdakı 7 matç barədə fikirləşməməyi üstün tuturam. Yenə deyirəm, mən sadəcə qalib gəlmək istəyirəm”.

Qeyd edək ki, sözügedən oyun sabah keçiriləcək. 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью